Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsi

0

  •        


             Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. 1918-1920-ci illərdə – qısa bir vaxt ərzində dünyanın ən böyük ölkələri Azərbaycanın müstəqilliyini tanıdılar. Buna baxmayaraq, Azərbaycanın şimal sərhədlərində qorxulu vəziyyət yaranmışdı. Rusiyadakı Sovet hökuməti Azərbaycanı müstəqil dövlət kimi tanımaq istəmirdi. Rusiya Azərbaycanın zəngin sərvətlərinin, ilk növbədə Bakı neftinin əldən çıxması ilə heç cür razılaşa bilmirdi.
            Odur ki, Bakı neftinə sahib olmaq üçün Rusiyada Azərbaycanı işğal etmək planı hazırlanırdı. Həmin plana əsasən Azərbaycanın daxilindəki rusiyapərəst qüvvələr səfərbərliyə alınmışdı. Bu qüvvələrə Ə.Qarayev başçılıq edirdi.
            Bu işdə Ermənistan da Rusiyaya kömək etdi. Ermənistan nümayəndəsi Rusiyaya bildirmişdi ki, əgər    siz Azərbaycanı tutduqdan sonra onun torpaqlarının bir hissəsini, yəni Qarabağı bizə versəniz, biz də sizə kömək edərik. Qarabağın dağlıq hissəsində ermənilər üsyan qaldırar, Azərbaycan hökuməti də məcbur olub Rusiya ilə sərhəddəki qoşunlarını üsyanı yatırmaq üçün Qarabağa göndərər. Rusiya isə bundan istifadə, edərək öz qoşunlarını Dərbənddən Azərbaycana yeridib, ölkəni asanlıqla işğal edər.
           Ermənilər belə də etdilər. 1920-ci il Novruz bayramı günü erməni quldurları Qarabağın dağlıq hissəsində üsyan qaldırdılar. Azərbaycan hökuməti məcbur oldu ki, özünün 35 min nəfərlik hərbi qüvvələrini üsyançılara qarşı göndərsin. Beləliklə, ermənilər Azərbaycan ordusu hissələrini öz üzərlərinə cəlb etmək məqsədinə nail oldular. Nəticədə Azərbaycanın şimal sərhədləri, demək olar ki, müdafiəsiz qaldı. «Qara donlu kafirlər» yenə öz işlərini gördülər...
          1920-cı il aprelin 27-də Rusiyanın 11-ci ordu hissələri Azərbaycan sərhədini keçdilər. Bu, müstəqil Azərbaycan dövlətinə qarşı açıq işğalçılıq yürüşü idi: bu ordunun məqsədi bütün Azərbaycanı işğal etmək idi.
           11-ci ordunun əsgər və zabitləri içərisində çoxlu erməni vardı. Onlar 11-ci ordunun tərkibinə qəsdən daxil edilmişdilər.
           11-ci ordunun Bakıya tərəf hərəkət etdiyi bir vaxtda Bakı bolşevikləri, əvvəlcədən planlaşdırıldığı kimi, Azərbaycan Jümhuriyyəti parlamentinə hakimiyyəti təslim etmək tələbini verdilər.
           Parlament dinc əhali arasında qan tökməmək üçün hakimiyyəti Azərbaycan bolşeviklərinə təslim etməy qərara aldı. Bu yolla 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Jümhuriyyəti devrildi. Azərbaycanın Rusiya tərəfindən işğalı başlandı. Azərbaycan xalqının müstəqil bir dövlət halında yaşaması baş tutmadı.
             Mayın 31-də hava işıqlaşanda 11-ci ordu hissələri top atəşinin köməyilə hücuma keçdilər. Bu zaman üsyançılar da qızğın əks-hücuma keçdilər. Lakin onlar yaxşı silahlanmış və sayca çox olan işğalçıların hücumunun qarşısını ala bilmədilər. İşğalçılar şəhərə soxuldular. Şiddətli küçə vuruşmaları başlandı. Şəhərin, demək olar ki, bütün Azərbaycan məhəllələri işğalçıların top atəşi ilə uçurulmuş və dağıdılmışdı. Buna baxmayaraq, Gəncənin qəhrəman üsyançıları mübarizəni davam etdirirdilər.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi9 il öncə
    İzlənib38 dəfə
    Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsi

    Maraqlı gələ bilər